İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İİNA" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İslami Həmkarlıq Təşkilatı və Ərəb Birliyi ayrı-ayrılıqda bəyaniyyə yayaraq Suriyada döyüşən tərəflərdən, yəni Suriya dövlətindən və Müxalif qrumlardan "Fitr" bayramında Suriyada atəşbəs elan olunmasını və hər cür toqquşmadan uzaq olmalarını tələb etdilər ki, bu ölkənin müsəlman xaqlı Ramazan ayının sonunu və Fitr bayramını müharibədən uzaq, sakit və təhlükəsiz bir mühitdə keçirə bilsinlər.
İslami Həmkarlıq Təşkilatının verdiyi bəyaniyyədə deyilir: "Suriya böhranının siyasi yolla həll edilməsi və bu ölkənin xalqının mənafe və maraqlarının qorunması İslami ictimaiyyətin, Ərəb ölkələrinin və Beynəlxalq Təşkilatların ən mühüm tələbidir.
Ümid edirik ki, tərəflər bizim dəvətimizə müsbət cavab verəcək və regionda sülhün və təhlükəsizliyin qorunmasını təşkil edəcəklər.
1266269